Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşüb - Rəsmi-YENİLƏNİB

14:15 09.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

"Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub.

***

Polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.

Hafta.az-ın məlumatına görə, ağır xəsarətlər alan polkovnik-leytenant hərbi hospitala yerləşdirilib.